XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 11:27

Qobustanda palçıq vulkanı püskürdü

Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib. A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi. O, püskürmənin güclü olduğunu da söyləyib: "İnstitutun əməkdaşları tədqiqatların aparılması üçün hadisə yerinə ezam olunublar".