XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 16:35

Bakıda müşahidə olunan toz dumanının miqdarı norma həddinə düşüb-Nazirlik

“Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar norma həddinə enib”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M. Avazova bildirib ki, yağış yağacağı təqdirdə havada toz dumanının miqdarı sanitar norma həddindən də aşağı düşəcək.

Qeyd edək ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib. Buna ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olması səbəb olub.