XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 20:26

Ərəb ölkələrindən Azərbaycana gələnlərin sayı artıb –Xaricə gedənlərin sayı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 139 ölkəsindən 352.5 min nəfər gəlib. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 12.1 faiz çox olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin açıqladığı bilgilərə görə, Azərbaycana daha çox Rusiyadan gələn olub – 29.3 faiz.

Gürcüstandan gələnlər 24.9, Türkiyədən gələnlər isə 13.8 faiz təşkil edib. Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayında artım müşahidə edilib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 6, Qətər vətəndaşlarının sayı 2.6, Bəhreyn vətəndaşlarının sayı 2.5 , Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı isə 2.5 dəfə artıb. Oman və İraq sakinlərinin sayında da artım olub.

Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayında dəyişiklik olmadığı bildirilir – 11.3 min nəfər. MDB ölkələrindən gələnlərin sayında isə 4.6 faiz artım olduğu bildirilir.

Səfərə çıxan Azərbaycan vətəndaşları azalıb

Azərbaycandan xaricə gedənlərin sayına gəlincə, DSK bildirir ki, bu göstərici üzrə azalma müşahidə olunub. Yanvar-fevral aylarında Azərbaycandan xaricə 583 min nəfər gedib. Azalma əvvəlki illə müqayisədə 3.6 faiz təşkil edib. Ölkə vətəndaşlarının 32 faizi Gürcüstana, 26 faizi İrana, 22.4 faizi isə Rusiyaya səfər edib.

Ekspertlərin fikrincə, Azərbaycandan İran və Gürcüstana çoxları alış-veriş və müalicə məqsədi ilə gedir. Azərbaycana gələn Rusiya vətəndaşlarının çoxluğu da diqqət çəkir. Ekspertlər hesab edir ki, həmin Rusiya vətəndaşlarının bir qismi vaxtilə ora Azərbaycandan işləməyə gedən insanlardır. Onların sonradan Rusiyada vətəndaşlıq aldığı bildirilir.