XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 12:52

Polis mayoru Azərbaycan çempionatına hakimlik edib –FOTO

Martın 23-dən 29-dək Ağır Atletika Akademiyasında növbəti ölkə çempionatı keçirilib. Ölkəmizin ən güclü atletlərinin mübarizəsini baş hakim, Sabunçu RPİ-nin əməkdaşı, polis mayoru Asif Məlikov idarə edib.

Bu barədə Strateq.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Üçqat dünya və Avropa çempionu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim Asif Məlikov bu qəbildən olan yarışların idarə olunmasında böyük təcrübə əldə edib. Dəfələrlə yeniyetmə və gənclər arasında beynəlxalq miqyaslı yarışlarda adı ən ədalətli hakimlər sırasında çəkilib.

Təmsilçimiz yarış təəssüratlarını bizimlə bölüşərkən bildirdi ki,son illər “qocaman” Olimpiya idman növlərindən olan ağır atletika ölkəmizdə intibah dövrünü yaşayır. Elə son çempionatda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 440-dan çox idmançı gücünü sınayıb. Bölgələrdən olan ağır atletiklərin ümidverici çıxışları daha yüksək nəticələr əldə edəcəyimizə zəmin yaradır.