XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2018 - 16:28

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müsabiqə elan etdi –Şərtlər

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi elan edib.

Bu barədə Strateq.az-a Dövlət Xidmətindən məlumat verilib.  Müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər.

 İştirakçılar müsabiqəyə A2, A3 formatlarında əsərlər təqdim etməlidirlər. Rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, rayon (şəhər), məktəb, sinif  yazılmış etiketlər əlavə olunmalıdır. 

Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və mükafat qazanan əsərlərdən təbliğat, maarifləndirmə məqsədilə istifadə edilə bilər.

                                         Qaliblərin mükafatlandırılması:

 I yer – 600 AZN

II yer – 400 AZN

III yer – 300 AZN

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: