XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2018 - 23:05

Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq –İran üzərindən xəttin açılması üçün  iş aparılır

Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq

Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq. Bunu bu gün Ordubad dəmir yolu stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib. Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bununla bağlı İran İslam prezidenti  Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub. C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb. (APA)