XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 14:55

Azərbaycanda halal turizm standartının tətbiqinə dair sənəd layihəsi- Hökumətə təqdim olundu

"Çin və Hindistan turistləri Azərbaycanla çox maraqlanırlar"

"Report" xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı getdikcə artır: "Həmin ölkələrdən cəlb ediləcək turistlərin sayının artırılması üçün müxtəlif təbliğat işləri aparılır, Azərbaycan nümayəndələri beynəlxalq sərgi və konfranslarda iştirak edirlər".

A.İsmiyev bildirib ki, hazırda Azərbaycan mehmanxanaları üçün halal turizm standartının tətbiqi məsələsinə baxılır: "Azərbaycan hotellərində halal turizm standartının tətbiqinə dair sənəd layihəsi baxılması üçün hökumətə təqdim olunub".