XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 23:00

Turistlər 2 ay ərzində Azərbaycanda 190 milyon manat xərcləyib –Nazir açıqladı

  

Ötən il ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur.

Bu sözləri aprelin 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Biznes Mərkəzində Turizm Şurasının yeddinci iclasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya ilk yerdə qərar tutub. Sonrakı yerləri Gürcüstan (537 min), İran (362 mindən çox), Türkiyə (300 mindən çox), Birləşmiş Ərəb Əmirlikləri (100 mindən çox), habelə Ukrayna, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələr bölüşür. Turizm sahəsinə qoyulun investisiyaların həcmi 91 milyon manat olub. Keçən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. Nağdsız ödəmələrin sayı 70 faiz artıb. 2018-ci ildə yanvar və fevral ayı ərzində xarici vətəndaşların bank xərcləri 190 milyonu ötüb. İki ay ərzində Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki bank xərcləri 179 milyon təşkil edib.