XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

08 Aprel 2018 - 23:20

Bakıda torpaq sahəsi alarkən niyə diqqət etmək lazımdır? –VİDEO

Eyni ərazidə yerləşən iki torpaq sahəsinin qiymətində iki dəfəyədək fərq var.

Strateq.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bunun əsas səbəbi torpağın çıxarışının olub-olmamasıdır.

Mütəxəssislər bildirir ki, çıxarışlı və bu sənədi olmayan torpaqlar arasında qiymət fərqi təbiidir. Bu qiymət fərqi isə Bakının müxtəlif sahələri üzrə bir-birindən seçilir.

Ekspertlər bildirirlər ki, baha olmasına baxmayaraq, xüsusilə mənzil tikmək üçün alınan torpaqların çıxarışının olmasına diqqət etmək vacibdir. Yoxsa həmin torpağa qoyulan vəsait gələcəkdə puç ola bilər.

Onu da qeyd edək ki, Bakının bir sıra rayonlarında çoxlu sayda çıxarışı olmayan torpaqlarda binalar tikilib. Bu isə həmin vətəndaşlara evləri üzərində mülkiyyət hüququ vermir. Qanunsuz tikilən evlərin yerləşdiyi ərazilərdə hansısa obyekt inşa olunarsa, həmin evlərin söküləcəyi təqdirdə sahibləri konpensasiya əldə edə bilmirlər. Bundan başqa, çıxarış olmadığına görə bu evləri girov qoyub banklardan kredit əldə etmək də mümkün deyil.