XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 19:28

Prezident 13 rayonun içməli su təminatı haqda sərəncam verdi –SİYAHI
Prezident İlham Əliyev aprelin 9-da “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Rayon Yaşayış məntəqəsinin adı
1 Ağcabədi (Taxtakörpü) Laçın obaları
2 Ağdam Əfətli (Hacıturallı)
Üçoğlan (Ballar)
3 Ağstafa Köçvəli
Yeni gün
4 Balakən Sarıbulaq
5 Bərdə Arabaçılar
Hacılar
6 Göyçay II Ərəbcəbirli
7 İsmayıllı Zoğallıq
8 Quba Ağbil

Alekseyevka
Möhüc
Talabıqışlaq
9 Qusar Aşağı Ləyər
Samur
10 Lerik Geskon
Molalan
Sors
Şingədulan
11 Şəmkir Tatarlı
12 Tərtər Evoğlu
Mamırlı
Poladlı
Təzəkənd
13 Tovuz Cilovdarlı
Əlimərdanlı
Xatınlı
Qaraxanlı
Qədirli
Cəmi: 13 30