XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 14:28

Almaniyalı milyarder Alp dağlarında yoxa çıxıb –Məşhur şirkətin rəhbəri 3 gündür axtarılır

Almaniyanın nəhəng “Tengelmann” ticarət konserninin rəhbəri, milyarder Karl –Erivan Haub şənbə günü heç bir iz qoymadan yoxa çıxıb.

Strateq.az bildirir ki, hadisə onun Alp dağlarında xizək məzuniyyətində olduğu zaman baş verib. 58 yaşlı milyarder xizək ləvazimatları ilə oteldən çıxıb və 800 metr hündürlükdə olan Matterhorn dağlıq stansiyasındakı kanat yolu ilə hərəkət edib.

Karl hər il getdiyi ənənəvi marşrut üzrə istiqamət götürüb.

Bundan sonra o yoxa çıxıb. Ailəsi axşam saat 16.00-da polisə müraciət edərək milyarderin oteldə təyin edilmiş görüşə gəlmədiyini bildiriblər. Ərazidə olan çoxsaylı xizəkçilərədn heç biri sahibkarı görməyib.

İtaliya xilasediciləri bildiriblər ki, hazırda pis hava şəraiti üzündən axtarış çətinləşib.

“Tengelmann” şirkəti dünyanın ən nəhəng ticarət müəssisəsi sayılır. Bu qrupa illik dövriyyəsi 30 milyard avro olan 73 aksioner cəmiyyəti daxildir. Konserninin mühüm şəbəkələrindən biri OBİ tikinti malları supermarketləri və KİK paltar mağazalarıdır.