“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, 18 aprel tarixində Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, 22 aprel tarixində isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
“Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur”, – deyə M.Aöayev əlavə edib.