“Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı bəzən tibb müəssisələri tərəfindən Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərilən elektron göndərişlər qanunvericiliklə müəyyən edilmiş qaydada tam doldurulmur ki, bu da həmin TSEK-lər tərəfindən müvafiq göndərişlərdən imtina edilməsi ilə nəticələnir”.
Bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci il üzrə illik məruzəsində bildirilib/Report.