XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2018 - 20:27

“Mayın əvvəlindən etibarən “Sovetski”də  yenidən söküntü işləri başlanacaq” –Abid Şərifov

“Hazırda “Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq”.

Bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bu il “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb: “Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, – deyə Abid Şərifov qeyd edib.