XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2018 - 16:47

“Azəriqaz”:"Abunəçilərə 830 min kubmetr əlavə təbii qaz verilib"

“Azərbaycanda havanın qəfil soyuması nəticəsində ölkəmizdə, xüsusilə də şimal regionunda təbii qaza tələbat artıb”.

Bunu “Report”a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum abonentlərə təbii qazın verilişini də artırıb: “Ötən günə nisbətən 830 min kubmetr əlavə təbii qaz verilib. Tələbat artdıqca təbii qazın verilişi də artırılacaq”.