Yaponiyalı xanım Nabi Tadzima 117 yaşında Yaponiyanın cənub-şərqində xəstəxanada dünyasını dəyişib.
Trend-in məlumatına görə, yamaykalı Vayolet Braun 2016-cı ilin sentyabrında dünyasını dəyişəndən sonra Nabi Tadzima Ginnessin rekordlar kitabında dünyanın ən yaşlı insanı kimi qeydə alınıb.
V.Braundan 5 ay kiçik olan Nabi Tadzima son illərinə yataqda keçirib.