XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 18:14

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm “Formula-1” yarışları keçirilir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom da bu cür irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini ən yüksək keyfiyyətdə təqdim edir.

Şirkətdən verilən məlumata görə, Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G, 36-3G və 18 4G radio baza stansiyalarında gücləndirmə və tutum artırılması işləri həyata keçirilib.

Bundan əlavə, 21 baza stansiyada 4-cü, 6 stansiyada 3-cü və 4-cü və daha 2 stansiyada 3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1 ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall üçün transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb. Ümumllikdə, Crystal Hall-da 2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir. Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri görülüb.

Onu da qeyd edək ki, Azercell Formula 1 ərazisinin şəbəkə monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb.

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell Şirkət ölkəmizdə keçirilən beynəlxalq yarışlarda hər zaman göstərdiyi yüksək keyfiyyətli xidmət ilə seçilib və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.