XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 19:37

“Azərsu”:“Həsən Əliyev küçəsinin çökən hissəsində su-kanalizasiya sızıntısı aşkarlanmayıb”

“Həsən Əliyev küçəsində yolun çökməsi su, yaxud kanalizasiya sızıntısı ilə əlaqədar deyil”.

Bunu “Report”a Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində yolun çökməsi ilə bağlı məsələlərə aydınlıq gətirən “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda qurum əməkdaşları hadisə yerində işləyirlər: “Hazırda Nəsimi rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Aparılmış qazıntı və ölçmə işləri nəticəsində yolun çökməsinə su, yaxud kanalizasiya sızıntısının səbəb olmadığı müəyyənləşib”.

Qeyd edək ki, bu gün günün ikinci yarısında Həsən Əliyev küçəsində çökmə baş verib. Bu səbəbdən 1 kvadratmetr ərazidə dərinliyi 1 metr olan çökəklik yaranıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”a bildirib ki, çökməyə səbəb su, yaxud kanalizasiya sızıntısının olması hesab edilir”.