XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 May 2018 - 20:36

Sabah Abşeronda qaz olmayacaq- “Azəriqaz”

Sabah səhər saatlarından Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, “Müşviqabad” Qaz Paylayıcı Stansiyasında “Sulutəpə-Xırdalan” ölçü qovşağı üzərində quraşdırılmış “Müşviqabad Daxili” ölçü qovşağından qidalanan “Sulutəpə-Xırdalan” orta təzyiqli qaz xəttindən qaz təchizatı 04.05.2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.