XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 May 2018 - 17:10

Kredit tarixçəsi korlanan müştərilərə amnistiya –Vətəndaşlar banklardan niyə qaçır? ARAŞDIRMA

2018-ci ilin ilk 3 ayını Azərbaycanın bank sektoru 55,9 milyon manat xalis zərəri ilə başa vurub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistikada göstərilir ki, ötən ilin yanvar-mart dövründə bank sektorunun faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə cəmi gəlirləri 512.9 milyon manat ikən 2018-ci ilin eyni dövründə 428 milyon manat təşkil edib. Qısası, banklar ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə 84,9 milyon manat az faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirlər əldə ediblər. (marja.az)

Kreditlər üzrə faiz gəlirləri 382.8 milyon manatdan 287 milyon manata geriləyib (95,8 milyon manat azalma).

Ötən ilin ilk rübündə bankların qeyri-faiz gəlirləri 272 milyon manat təşkil etmişdirsə, bu ilin 1-ci rübündə 114.5 milyon manat olub. Bankların qeyri-faiz gəlirləri 157,5 milyon manat azalıb.

Müqayisə olunan dövrdə faiz və qeyri faiz gəlirəri üzrə cəmi azalma 242,4 milyon manat təşkil edib.

Ötən ilin ilk rübündə 310.2 milyon manat əməliyyat mənfəəti əldə etmiş banklar bu ilin eyni dövündə 147.9 milyon manat əməliyyat mənfəəti təmin edə biliblər (162,3 milyon manat azalma).

Ümumiyyətlə, 2018-ci ilin 1-ci rübünü 7 bank zərər ilə başa vurub. 7 bankın birlikdə zərəri 23 bankın mənfəətini üstələyib. Bu səbəbdən bank sektoru üzrə yekun nəticə mənfidir.

Qeyd edək ki, mənfəət əldə edən bankların da qazancları azalır. Mənfəətdə olan banklar bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisdə daha az qazanıblar.

Ötən aydan başlayaraq aktivlərinə görə ilk onluğa daxil olan banklar geniş miqyaslı kredit kampaniyasına start veriblər. Əhalinin müxtəlif təbqələrinə, peşə sahiblərinə ünvanlanan kampaniyada çeşidli güzəştlər təklif olunur. Bura komission haqların tutulmaması, fazilərin azaldılması, ilk üç ay ödəməmək imkanı və s. güzəştlər daxildir.

Amma devalvasiyadan əvvəl qələblik olan bank flilallarında müştəri bolluğu nəzərə çarpmır. Kommersiya qurumlarının kredit çağırışı effektli alınmır. Bunun bir sıra səbəbləri var, onların sırasında ölkədə ümumi iqtisadi aktivliyin azalmasını, kredit tarixçəsi korlanmış müşətrilərinin sayının çoxluğu, faiz dərəcələrinin yüksək olması, rəsmi gəlir tələbi və s. göstərmək olar.

Qeyd edək ki, devalvasdiyadan sonra böyük çətinliklərlə üzləşən on minlərlə bank müştərsinin kredit tarixçəsi korlanıb. Onların maliyyə vəziyyəti düzəlsə belə, banklar onlara kredit verməkdən imtina edirlər. Bəs banklar belə müştəriləri yenidən qazanmaq üçün onlara amnistiya elan edə bilərmi? Bank sektorundakı proseslər hansı istiqamətdə davam edəcək?

 

Samir Əliyev: “Bank istəsə belə, kredit tarixçəsi korlanmış müştərilərin məlumatlarını silə bilmir”

İqtisadçı ekspert Samir Əliyev Strateq.az-a şərhində ölkədə kredit qoyuluşunun azalmaqda davam etməsinə diqqət çəkib. Ekspert bidlrib ki, bu azalma eyni zamanda bankların gəlirlərinə ciddi təsir göstərir. “Bankların əsas gəlir mənbəyi kreditləşmədir, bu da azaldığından gəlirlər avtomatik olaraq aşağı düşüb. Ona görə də 2018-ci ilin birinci rübünü bank sektoru zərərlə başa vurub”.

S.Əliyev banklarımn kredit şərtlərini devalvasiyadan əvvəlki dövrlə müqayisə edərək, şərtlərin kifayət qədər ağırlaşdığını qeyd edib: “Devalvasiyadan əvvəl banklar əllərindəki vəsaitlərin 70-75 fazini kreditləşməyə yönəldirdisə, hazırda bu rəqəm 40 faizə qədər azalıb.   Banklar əllərindəki pulun yarıdan çoxdunu ya qiymətli kağızlara yönəldir, ya da, Mərkəzi Banka depozit şəklində yerləşdirir. Yaxud da, ölkə iqtisadiyyatı üçün o qədər də önəm daşımayan sahələrə yatırır. Ölkədə sanki pulun sabit, aktiv fəaliyyəti məhdudlaşıb”.

Ekspert normal gəlirləri olan çoxlu sayda peşə sahiblərinin kredit almaq imkanlarından məhrum olduğunu vurğulayıb. Onun sözlərinə görə,  gəlirlərinin rəsmi şəkildə təsdiq edə bilməyən şəxslər kredit ala bilmir. “Devalvasiyadan sonra çoxlu sayda bank müştərilərinin kredit tarixçəsi pisləşdi. Çünki dollarla kredit alanların əkəsriyyəti yeni məzənnə ilə onu qaytara bilmədi. Beləliklə, az sayda kredit almaq imkanı olan müştəri qalıb ki, banklar onları qazanmaq uğurunda rəqabət aparırılar”.

Samir Əliyev kredit tarixçələri korlanmış müştərilərə amnistiya verilməsinin çətin olduğunu deyir: “Banklar bəlkə də buna getmək istəyər, amma xeyli hüquqi əngəllər var. Bir tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatası qaydaları sərtləşdirib. Artıq yeni qaydalarda etibarlı müştəri söhbəti yoxdur, yüksək etibarlı maaş məsələsi var. İkincisi, kredit büroları yaradılır, bütün məlumatlar orada mərkəzləşdirilir. Beləliklə bank istəsə belə, kredit tarixçəsi korlanmış müştərilərin məlumatlarını silə bilmir”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da bank sektorundakı durumun ürəkaçan olmadığını bildirib: “Banklar məcbur olub problemli kreditlərinin bir hissəsini siliblər, bu səbəbdən bu kreditlərin həcmi azalıb. Likvitlik göstəriciləri isə ona görə artıb ki, banklar kredit vermirlər. Bu səbəbdən bankların sərbəst vəsaitləri çoxalıb. Bunun nə dərəcədə yaxşı və ya pis göstərici olması da birmənalı deyil. Ola bilər ki, hansısa müsbət rəqəmlər qeydə alınıb. Ancaq mən hesab edirəm ki, bankların ən əsas məsələsi olan problemli kreditlər artmaqda davam edir. Bu il çox güman ki, əmanətlərin həcmi də azalacaq. Çünki faiz dərəcələri düşür”.

Hazırda başlanan yeni tendensiya üzrə verilən kreditlərin sonradan geri dönməmə ehtimalına gəlincə, Ə.Həsənov bankların öncəki təcrübədən dərs çıxartdıqlarını vurğuladı: “Hazırda verilən kreditlər əvvəlki kimi necə gəldi verilmir. Etiraf etməliyik ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarəti Mərkəzi Bankdan daha güclüdür və daha effektivdir. Banklar özləri də son illərdə baş verənlərdən sonra kredit verərkən ehtiyatlı davranırlar. Həmçinin Palatadan daha çox çəkinirlər. Bu həqiqətən də belədir, banklar MBNP-ni daha ciddi qəbul edirlər. Əvvəllər banklar bilirdilər ki, istənilən problem zamanı Mərkəzi Banka gedib orada kiminləsə dil tapa bilərlər. Ancaq artıq belə deyil. Palata bir çox məsələlərdə bankları sıxır, yarandığı gündən etibarən məsuliyyətli kreditləşmə siyasətini tətbiq etdi. Ümid edirəm ki, məhz bu faktorların nəticəsi olaraq hazırda verilən kreditlər daha düzgün verilir.

Əkrəm Həsənov daha sopnra qeyd edib ki, bu il bir neçə bankın bağlanması gözlənilir: “Çünki bu bankların xilas olması üçün real tədbir görən yoxdur. Problemli bankların əmanət qəbul etməsini məhdudlaşdırıblar, digər tərəfdən də kredit vermirlər. Qeyri-sağlam banklar bu gedişlə bağlanmağa məcbur olacaqlar. Əgər hər hansı addımlar atılmasa, hazırki gedişat onu göstərir ki, ilin sonuna doğru bəzi banklar bağlanacaq. Hazırda ciddi risk altında olan ən azı bir neçə bank var”.

Turqut Rüstəmli