XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 May 2018 - 18:05

5700 mənzildən neçəsi əlillərə və şəhid ailələrinə verilməyib? –Deputatın bu sualını nazir müavini cavabsız qoyub

“Parlamentin son iclasda mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi”.

Bu barədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında bildirib.

Qeyd edək ki, parlamentdə büdcə müzakirələri zamanı bu məsələ deputatlar tərəfindən qaldırlmışdı. Keçmiş nazir Səlim Müslümov millət vəkillərinə cavabında bildirmişdi ki, dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: “Biz bu prosesi təqribən hər il 500- 600 mənzil səviyyəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni həll edəcəyik”. Müslümov daha sonra bildirmişdi ki, 2013-cü ildən sonra 1349 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzil verilib: “Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə mənzillər təqdim edilib. 2014-cü ildə prezident tərəfindən bu problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Bu zaman nəzərdə tutulurdu ki, hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində bu prosesin 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemləri həll ediləcək. 2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması bu prosesin nəzərdə tutulduğu kimi həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə bu  proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Turqut