XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 May 2018 - 12:44

10 gün ərzində Azərbaycana qanunsuz gəlmiş 53 əcnəbi saxlanıb –Miqrasiya Xidməti

 

 Mayın ilk 10 günü ərzində  Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan,  6 Hindistan,  2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb.

DMX-dən verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bundan əlavə, ölkədə qanunsuz yaşayan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azərbaycan Respublikası ərazisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ünvanlarda yerləşdirilməsini həyata keçirib, onlara Azərbaycanda müvəqqəti yaşama icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiyaya şərait yaradıb.

Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də  Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti  qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.