XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2018 - 17:31

Azərbaycanda mənzillərin kirayəsi ucuzlaşmağa başlayıb- Bu il ərzində ilk dəfə

Azərbaycanda mənzillərin kirayə haqqı 2018-ci ilin əvvəlindən ilk dəfə olaraq aprel ayı ərzində ucuzlaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Aprel ayı ərzində mənzillərin kirayə haqqında əvvəlki ayla müqayisədə cəmi 0,2% azalma qeydə alınıb.

Xatırladaq ki, yanvarda mənzil kirayəsində 0,1% bahalaşma olub, daha sonrakı iki ayda isə qiymət sabit qalıb.

Rəsmi statistikaya əsasən, apreldə mənzillərin orta aylıq kirayə haqqı 95,2 manat təşkil edib.