XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 May 2018 - 12:37

“Bakı Marafonu 2018”-in qadın kateqoriyası üzrə qalibi məlum oldu-FOTO

Bakı Marafonu 2018″-in qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, türkiyəli Çelik Fadime (1986-cı il təvəllüdlü) finişə birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavskadır (1971). İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova (1993) tamamlayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib. “Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.