XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2018 - 12:42

Netanyahu:"“Eurovision-2019” Qüdsdə keçiriləcək"

 

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı “Twitter” sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netanyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.