XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2018 - 16:00

“Qaçqınkom”un qarşısında etiraz –Məcbiri köçkünlər şikayətləndilər, komitə yetkilisi vəd verdi

Bu gün bir qrup məcburi köçkün Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Strateq.az azadlıq.org-a istinadən xəbər verir ki, müxtəlif bölgələrdən olan bu insanlar evsizlikdən, «çörəkpulu»nun kəsilməsindən, müavinətlərin dondurulmasından şikayətləniblər. Onların bildirdiyinə görə, qəbul ayda bir dəfə, ayın 15-də olduğundan komitə önünə toplaşıblar. Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin. Ona görə də burada qarışıqlıq düşdü, – köçkünlərdən biri deyir. Köçkünlər, eyni zamanda, bildiriblər ki, komitə onlara laqeyd münasibət göstərir və problemlərinə başdansovdu yanaşırlar.

Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-a yaxın məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır. Bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır”, – başqa bir köçkün deyir.

Onlardan biri də vurğulayıb ki, dörd uşaqla yataqxanada 12-kvadratmetrlik otaqda yaşayır. Onun dediyinə görə, neçə illərdir bu barədə müraciətlər etsə də, problemi həll edilmir.

Başqa bir köçkün isə maşında gecələdiyindən, evsiz qalmasından şikayətlənib. O deyib ki, Almaniyada əməliyyat olunub, indi «çörəkpulu»nu kəsiblər. Köçkünlərin bildirdiyinə görə, onlara 22 manat «çörəkpulu» nəzərdə tutulur. Üstəlik, kommunal xidmətlərə görə 36 manat ayrılıb. Bu il bu məbləğ 10 faiz artıb, 40 manata yaxınlaşıb.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev köçkünlərin qarşısına çıxaraq onların şikayətlərini dinləyib. İ.Mirzəyev bildirib ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb, sadəcə hamını qəbul etməyə vaxt çatmır.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu vəziyyət aradan qaldırılacaq. Daha qəbul ayda bir dəfə yox, ayda dörd dəfə olacaq, – mətbuat xidmətinin rəhbəri komitə önünə toplaşanlara bildirib.