XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

16 May 2018 - 11:26

Azercell-in “Barama Hackathon 2018” yarışı başa çatdı- FOTO

Dünyada kifayət qədər nüfuzlu yarışma kimi qəbul olunan Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub.

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurla reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır: I yer – “Dev Adamlar”, II yer – “Brogrammers”, III yer – “Web’s Dragons”. Qaliblər Azercell, Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Proqramçıların marafonu hesab edilən “Hackathon” yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib.

Layihə çərçivəsində tədbirin Media dəstəyi technote.az portalı və Barama Media , komandaların qidalanması isə Özsut restoranlar şəbəkəsi tərəfindən təmin edilib. Müsabiqə iştirakçıları Paşa Sığorta tərəfidnən yarış müddəti ərzində təcili tibbi yardım xidməti ilə də təmin edilmişdilər.

Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə fərqlənir. Barama, əsasən, İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir və yaradır. Mərkəz indiyə qədər dünyada kifayət qədər nüfuza malik olan beynəlxalq yarışları və müxtəlif biznes tədbirləri Azərbaycanda təşkil edib, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərib.