XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2018 - 12:19

Məleykə Abbaszadə:“Ali məktəbə qəbulda dövlət sifarişli yerlərin sayı artıb”

 

“2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.

Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb. (APA)