Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsi çərçivəsində turizm və menecment sahəsində təhsil alan gənclərlə görüş keçirilib.
Qurumdan Strateq.az-a verilən məlumata görə, görüşdə onların müraciəti zamanı qarşılaşdıqları uğursuz nəticələrinin səbəbləri araşdırılmış və tələbələrlə müzakirələr aparılmışdır. Bundan başqa, tələbələrin daha çox müraciət etdiyi ölkələr və universitetləri müzakirə edilərək müsbət nəticələrin əldə olunması üçün diqqət yetirilməli olan məqamlar qeyd olunmuşdur. Tədbirdə vurğulanıb ki, dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə Azərbaycan gənclərinin innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə etməsini, gənclər arasında intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyətin zəruriliyini qəbul etmək üçün gənclər beynəlmiləlləşməli, onların xarici ölkə universitetlərində təhsili təmin olunmalıdır.