XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 13:00

Şəki-Zaqatala bölgəsində sosial işçilər üçün təlim təşkil olunub –FOTOLAR

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  və  BMT İnkişaf Proqramının dəstəyilə “Konstitusiya” Araşdırmalar Fondunun ekspertlərinin icrasında iştirak etdiyi  “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi çərçivəsində Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən sosial işçilərin bilik və bacarıqlarının artırılması gücləndirilməsi məqsədilə təlimləri davam etdirib.

Şəki şəhərində 05-06 may 2018-ci il tarixlərində təşkil olunan təlimdə Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatalada Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində çalışan, əvvəlki təlimlərdə iştirak etməyən  sosial işçilər iştirak ediblər.  Ümumilikdə, təlimdə 22 nəfər iştirak edib. Beləliklə,  Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən sosial işçilərin əksəriyyəti təlimlərə cəlb olunub.

Təlimin birinci günü təlimçi Mayis Əliyev əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi, əlilliyi olan şəxslərin əmək pensiyası və sosial müavinətlərlə təminatına dair milli qanunvericilik, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının mahiyyəti və bu sahədə Azərbaycan dövlətinin öhdəlikləri barədə məlumat verib.

Təlimçi Nazim İbadov  təlimin 2-ci günündə a  sağlamlıq imkanları məhdud şəxs və onların ailələrinə sosial xidmət müdaxiləsi, sosial işin 3 səviyyədə aparılması, fərdlərlə işləyən sosial işçilərin bilikləri, ailə-sosial işçi əməkdaşlığı ilə bağlı  ən yeni bilgiləri iştirakçıların diqqətinə çatdırıb.

Təlimdə iştirak etmək üçün sosial işçilərə dəvətlər göndərilib. Təlimdə iştirak etmək arzusunu bildirən sosial işçilərin ehtiyacları xüsusi metodikaya əsasən qiymətləndirilib. Bu ehtiyaclar nəzərə alınaraq müvafiq təlim proqramı hazırlanıb. Qeyd edək ki, təlim proqramına daxil edilmiş mövzular iştirakçılar arasında keçirilən qiymətləndirmənin nəticələrinə uyğun olaraq seçilib. Belə ki, qiymətləndirmə nəticəsində regionda fəaliyyət göstərən sosial işçilərin əlilliyi olan şəxslərə sosial xidmət müdaxilsi, sosial işin aparılması, ailə ilə əməkdaşlığın qurulması biliklərinin təkmilləşməyə ehtiyac olduğu müəyyən edilib.