XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 14:56

Lənkəran Dövlət Universitetində AXC-nin yubleyinə həsr olunan konfrans keçirilib –FOTO

 

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş yubley konfransı keçirilib.

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə iştirakçılara bayram arzularını çatdırıb. Azərbaycanın çətin və keşməkeşli dövlətçilik tarixindən, bu yolda xalqımızın üzləşdiyi çətinliklərdən söz açan universitet rəsmisi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını millətin öz azadlığı uğrunda apardığı gərgin  və şərəfli  mübarizənin uğurlu  nəticəsi, müstəqilliyimizin ilk xoş bəhrəsi kimi dəyərləndirib, 1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikasının  Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, gerbini, himnini qəbul etməsini qədim dövlətçilk ənələrinə sadiqliyinin göstəricisi adlandırıb. Professor Natiq İbrahimov çıxışında  bu günkü ağrılı tarixə-Laçın rayonunun işğalı məsələsinə də toxunub, işğal altında olan torpaqlarımızın erməni tapdağından tezliklə azad olunacağını bildirib.

Konfransda Lənkəran Dövlət Universitetinin dosentləri-Əliağa Baxşıyevin, Kamal Mahmudovun, Gülbəniz Əliyevanın , Mirhüseyn Abbasın, doktorant Nurlana Məliklinin  Azərbaycan Xalq Cümhuriyyətinin  fəaliyyət göstərdiyi qısa müddət ərzində yürütdüyü  daxili və xarici , sosial-iqtisadi, hüquqi siyasətin əsas məqamlarından bəhs edən  mövzularda məruzələri dinlənilib.

Konfrans   Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə yekunlaşıb.