XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2018 - 15:10

“Qaçqınkom”un yeni sədri  100 yaşlı köçkünə ev verdi –FOTO

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğluna ev verib.

Modern.az saytının məlumatına görə, köçkünə Xətai rayon ərazisində 2 otaqlı ev verilib.

Xatırladaq ki, mayın 8-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyevin müşayəti ilə Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Famil Əliyev ilə görüşmüşdü.

Komitə sədri Böyük Vətən müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanmışdı.