XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 May 2018 - 20:38

Rəşad Mahmudov Bakı Ürək Mərkəzindən getdi:"O, artıq bizdə çalışmır”

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin Elmi, Tədqiqat və Tibbi işlər üzrə müavin vəzifəsindən uzaqlaşdırılıb.

BakuPost xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü təsdiqləyib.

Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: “Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə xitam verildi”.

Qeyd edək ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva unikal.org-a açıqlamasında: “Rəşad Mahmudov “Bakı Ürək Mərkəzi” yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır”.