XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 May 2018 - 12:26

Səhiyyə Nazirliyi:"338 min nəfərdə xəstəlik aşkarlanıb"

2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3 540 384 kişi, 3 742 875 qadındır. Müraciət edənlərin 338 013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8 015 insanda bu cür hallar üzə çıxıb.

Müayinələr zamanı 27 663 nəfər hospitalizə olunub, 58 563 şəxs dispanser nəzarətinə alınıb, 1 810 880 nəfər əlavə müayinələrə cəlb olunub.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb.

Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək .