XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 May 2018 - 17:05

“ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək –Açıqlama

 

 28 may-Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.