XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 May 2018 - 15:19

Azərbaycana qaçmış 12 əcnəbi miqrant könüllü olaraq vətəninə qayıdıb –Miqrasiya Xidmətinin rəisi açıqladı

Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı, ümumilikdə, 12 sorğu göndərilib və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışı artıq həyata keçirilib.

DMX-dan Trend-ə verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşla görüşündə deyib.

Görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulmuş BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.