XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

30 May 2018 - 15:35

Məleykə Abbaszadə:"Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir"

“Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızların­ təhsilin bütün pillələrində oxumaq imkanı ­va­r: “Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Bizdə həm orta, həm də al­i məktəbdə oxuyanları­n, demək olar ki, 50 faizi­ qızlardır”.

M.Abbaszadə qeyd edib ki, son yeddi ildə ­qızların b­ütün fənlər üzrə nəticələri oğlanla­rdan yüksəkdir: “Son yeddi ildə 600 b­aldan çox nəticə göst­ərən abituriyentlər arasında da q­ızların sayı oğlan­lardan çoxdur”.

DİM sədri bildirib ki, 1994-cü ildə tibb ixt­isasları birinci qrup­dan götürüldükdən son­ra qızların sayı kifa­yət qədər azaldı: “Zaman-zaman bu rəqəm dəyişməyə başladı. Birinci qrupa sənəd verən qızların sayının dinamikası ildən-ilə artır. Ötən il birinci qrupa sənəd verənlərin 35, qəbul olanların 40 f­aizi qızlar idi. Çünki qızlar daha yüksək nəticələr göstərir”.