XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

31 May 2018 - 10:27

AZAL Səudiyyə Ərəbistanının iki şəhərinə təyyarə reysi açdı –QİYMƏTLƏR

 Azərbaycanın milli aviadaşıyıcısı oln AZAL-ın saytında iki yeni istiqaməti  – Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu – ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu – JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.

AZAL-dan FED.az-a verilən məlumata görə, birbaşa uçuşlar yay cədvəli çərçivəsində  həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.

FED.az-ın ilkin araşdırmasına görə, bu reyslə Ciddəyə gedib-gəlmək 1 220 manata(iyunun 20-si getmək 27-si gəlmək), Əl-Qassimə gedib-gəlmək isə 1467 manata (iyunun 20-si getmək 27-si gəlmək) başa gələcək.

AZAL bildirir ki, yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.