XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 17:13

BANM-da  ilin ilk  TEDxBHOS konfransı keçirilib –FOTO

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə  ilk  konfransı – TEDxBHOS keçirilib. Əsas missiyası “ Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.

TEDxBHOS-da bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında  Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Börçel, “Çox Yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” Prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-ın “Əşyaların interneti” laboratoriyasının rəhbəri, YolGet.az – ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri, biznes trener Orxan Şahbaz və digərləri yer alıblar.

“Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib.