XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 11:15

Madriddə Azərbaycan-İspaniya Ticarət Assosiasiyası fəaliyyətə başlayıb

ispan.jpg

Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının yaradılmasında məqsəd iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, həmçinin, mədəniyyət, idman sahələrində əlaqələrin yaradılması və inkişafı istiqamətində işlərin görülməsidir.

Assosiasiyadan Strateq.az saytına verilən məlumata görə, yeni yaradılan Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti İspaniyada yaşayan və fəaliyyət göstərən iş adamı həmyerlimiz Fərid Mustafayevdir. Assosiasiyanın Azərbaycanda işini aparan, həmçinin vitse-prezidenti vəzifəsində çalışan həmyerlimiz Mahir Qurbanovdur. Hazırda Assosiasiyanın İspaniya tərəfindən 58 şirkət-üzvü var və gələcəkdə bu rəqəmin daha da artırılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan-İspaniya Ticarət Assosiasiyası avqust ayında gənclər və yeniyetmələr arasında keçiriləcək kikboksinq üzrə Avropa çempionatının baş təşkilatçılarındandır.

L.SƏMLA