XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 09:40

Ucar-Zərdab yolundakı körpünün uçma təhlükəsi yaranıb

 

Güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonundan keçən hissəsində suyun səviyyəsi kəskin artıb.

Ucar -Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki körpünün hər an uçma təhlükəsi yaranıb. Əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub.  Dünən saat 16 radələrindən çayda suyun səviyyəsi hər saata təxminən 10 santimetr qalxır.

Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda da suyun qarşısını kəsmək mümkün olmadığından qonşu rayonlardan əraziyə ağır texnikalar gətirilib. (APA)