XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 10:04

Bu gün magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək –DİM

 

Bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.