XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 09:56

“Azərsu”nun sədri:“Ölkənin 67,5 faizi fasiləsiz su ilə təmin olunur”

 

Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən sayılan su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilir.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilir. Qeyd olunub ki, Bakıda və regionlarda reallaşdırılan həmin layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub: “Məhz bütün bunların nəticəsidir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb. Son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67,5 faizə qalxıb”. (Trend)