XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

05 İyun 2018 - 12:39

Akademik Əhliman Əmiraslanov:“1600 nəfərə böyrək və qaraciyər köçürülməsinə ehtiyac var”

 

“Azərbaycanda böyrək və qaraciyər köçürülməsinə ehtiyac olan 1600-ə yaxın insan var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 300 min orqan və toxuma, eləcə də hər bir milyon nəfərə 75 böyrək, 85 qaraciyər transplantasiya olunur: “Dünyada olduğu kimi, Azərbaycanda da transplantasiya sahəsində çətinliklər mövcuddur. Araşdırmalar nəticəsində müəyyən olundu ki, bu səbəblərin bir qismi də qanunvericiliklə bağlıdır. Ona görə də bununla əlaqədar Milli Məclisdə işçi qrupu yaradıldı və uzun müddət çalışıldı. Bu gün dəyişikliklərin birinci variantını müzakirə edirik. Yəni bu, son variant deyil, bundan sonra da qanuna əlavə və dəyişikliklər edilə bilər”.