XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2018 - 12:47

Təhsil Nazirliyi:"Zaqatalada zəlzələ nəticəsində bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib"

Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib: “Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərində xırda çatlar əmələ gəlib”.

Məlumata görə, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.