XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2018 - 18:49

Heybət dəmir yolu stansiyası ləğv edilib- Sərəncam

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib. Bu səbəblə, rayon ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv olunub. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılıb.