“Atəşgah Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini Sadıq Mansurovun vəzifəsindən uzaqlaşmasının səbəbi məlum olub.
FED.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, S.Mansurov daimi olaraq xarici ölkələrin birinə köçüb. Bu vəzifə isə hələ vakant qalır.
Xatırladaq ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.