XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 11:58

Nazirlik rəsmisindən etiraz:“Azərbaycana gətirilən malların çoxu plastik qablardadır”

 

“Plastik qablaşdırma materialları qlobal problemdir. Beynəlxalq səviyyədə bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək, yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. O qeyd edib  ki, həmin  qablardakı kimyəvi maddələr məhsulun tərkibinə keçir: “Biz özümüz bilərəkdən bu qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir. Azərbaycana gətirilən malların çoxu plastik qablardadır. Bir sıra ölkələr bu problemin həlli üçün vacib işlər görüb”.

Nazirlik rəsmisi qeyd edilib  ki, Azərbaycanda plastik qabların geri alınması təcrübəsinin olmaması ciddi problemlər yaradır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq. Yenidən toplanma təkrar istehsal üçün nəzərdə tutulmur. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub”.