XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 16:30

Binəqədinin yeni icra başçısı camaatla görüşdü-Biləcəridə (FOTO)

 

 

297 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edib. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

E.Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.