XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 10:16

Güclü yağış Tovuzda fəsadlar törədib –Kənd təsərrüfatına ciddi ziyan dəyib

 

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

Strateq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb. Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.